Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, Türkiyə lideri bu barədə Mersin vilayətindəki çıxışında deyib.

“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - o bildirib.

Ərdoğan qeyd edib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur. Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.