İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Mançester Siti” səfərdə “İpsviç”lə qarşılaşıb. Görüş qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Fil Foden (2 qol ), Mateo Kovaçiç, Erlinq Holann, Ceremi Doku və Ceyms Mkate vurublar.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Mançester Siti” 4-cü pilləyə yüksəlib.