Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub.

"Unikal" xəbər verir ki, Rusiya  Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. 

"Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir", - məlumatda qeyd olunub. 

Bildirilir ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 55 Ukrayna PUA-nı məhv edib.

Gülayə Mecid