2025-ci ilin mart ayı üçün xam neft fyuçerslərinin qiymətləri ABŞ prezidenti Donald Trampın ABŞ-ın Səudiyyə Ərəbistanı və OPEK-ə neft qiymətlərini aşağı salmaq üçün təzyiq edəcəyini deməsindən sonra düşüb.
"Unikal" xəbər verir ki, mart ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti 1,24% ucuzlaşaraq bir barel üçün 78,02 dollar olub.
WTI markalı neftin fyuçerslərinin qiyməti isə əvvəlki bağlanış səviyyəsinə – 74,82 dollar/barelə bərabər olub. .