Türkiyənin “Fənərbağça” komandası yeni futbolçu ilə razılığa gəlib.
"Unikal" “TRT Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Anderson Taliska ilə anlaşıb. 30 yaşlı braziliyalı yarımmüdafiəçi müqavilə bağlamaq üçün bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyədə olacaq.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Beşiktaş"ın formasını geyinən A.Taliska "ağ-qaralar"la Türkiyə çempionu olub.