"Yuventus" futbolçusu Danilo ilə əməkdaşlığa son qoyub.

"Unikal" xəbər verir ki, məlumatı Turin klubunun mətbuat xidməti yayıb.

33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, braziliyalı oyunçu 2019-cu ildən "Yuventus"da çıxış edirdi. O, "qoca sinyora"nın forması ilə ümumilikdə 213 matça çıxaraq 9 qol vurub.