81 yaşlı yapon qadın həbsxanadan çıxmamaq üçün cinayət törədib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Akiyo adlı qadın ilk dəfə 60 yaşında oğurluğa görə həbs olunub. Qısa müddət həbs həyatı yaşayan qadın təqaüdlə dolana bilməyib və bu səbəbdən yenə həbs olunub.
Ömrünün 20 ilini həbsdə keçirən qadın bu dəfə həbsdə olarkən cinayət törədib. İlkin dindirilmə zamanı o, bildirib ki, həbsxana onun evidir.
Akiyo Yaponiyanın ən böyük qadın həbsxanası olan Toçiqiyə yerləşdirilib. Həbsxanada əksəriyyəti qoca olan 500-ə yaxın məhbus var.
Gülayə Mecid