Ötən gün saxlanılan türkiyəli müğənni Merve Özbeyin əri Kənan Koçak həbs edilib.

"Unikal" xəbər verir ki, buna səbəb iş adamının “Sallarlar” cinayətkar təşkilatının üzvünün xaricə qaçmasına şərait yaratması olub.

O, "Cinayətkarı qorumaq, mühacirlərin qaçaqmalçılığı və silahlı cinayət təşkilatına kömək etmək” cinayətlərinə görə həbs tələbi ilə Sülh Cinayət Məhkəməsinə göndərilib.

Kənan hakim qarşısına çıxarıldıqdan sonra həbs edilib.

Qeyd edək ki, M.Özbey 2020-ci ildə K.Koçakla ailə həyatı qurub.