Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində kursant və təlimçi dünyasını dəyişib.

"P-2002 Sierra" təyyarəsi Myaçkovo aerodromunun yaxınlığında qəzaya uğrayaraq alovlanıb. Qəzadan sonra təyyarə tamamilə yanıb. "P-2002 Sierra" 2011-ci ildə istehsal edilib. Təyyarə 290 km/saat sürətə çata bilib.