Türkiyə kubokunda II turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.
11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib.
Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.