Fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Murad İbrahimli