Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.

"Unikal" xəbər verir ki, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.

Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla altıncıdır.