NFL-in "Çikaqo Bears" klubunun sahibi Virciniya Halas Makkaski 102 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, biznesmen xanım klubu 1983-cü ildə atası, komandanın yaradıcısı Corc Halasdan miras almışdı.

Klubu birbaşa onun oğulları Maykl Makkaski (2011-ci ilə qədər) və Corc Makkaski (bu günə qədər) idarə edirdi.

Qeyd edək ki, iki dəfə "Super Boul"a yüksələn "Çikaqo Bears" 1985-ci ilin "Lombardi Trophy"sini qazanıb.