"Respublikanın ərazilərindən imtina edərək sülh bağlayan istənilən şəxs öldürüləcək".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "1+1" teleaparıcısı Natalya Moseyçuka müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası Ukraynanın NATO-ya üzvlüyünü təxirə salmaq qərarına gələrkən “danışıq səhvinə” yol verib. Beləliklə, Vaşinqton Moskvadan güzəşt əldə etmək imkanını itirib və bu, Kiyevə baha başa gələcək.

Sabiq nazirin qeyd etdiyi kimi, buna baxmayaraq, Ukraynanın alyansa qoşulmasından imtina edən sənədi imzalayan şəxs “fiziki və siyasi cəhətdən” sağ qala biləcək.

"Torpaqdan imtina etmək üçün müqavilə imzalayan şəxs isə ya öldürüləcək, ya da siyasətdən uzaqlaşdırılacaq", - deyə Kuleba bildirib.