Rusiya diplomatlarına böyük təzyiqlər edilir və onlar da ölümlə hədələnirlər. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına açıqlamasında deyib

O vurğulayıb ki, diplomat üçün öz ölkəsi ilə eyni taleyi yaşamaq vacibdir: "Bu, səmimi, əsl vətənpərvərlikdir, heç təsəvvür belə edə bilməzsən ki, diplomatlarımız hansı təzyiqlərə məruz qalırlar, amma buna baxmayaraq, daxili imkanlar tapılır. Onlar artıq bu qədər hədələrə, zorakı repressiya cəhdlərinə dözüblər, çoxları da bu repressiyalara məruz qalıb". 

Gülayə Mecid