ABŞ prezidenti Donald Tramp İranla danışıqlara başlamaq istəyir, eyni zamanda ölkəmizə qarşı sui-qəsd planları hazırlayır.

"Unikal" xəbər verir ki, bu fikri İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı deyib. 

"Tramp davamlı olaraq İranla danışıqlara hazır olduğunu deyir. Eyni zamanda, o, getdikcə daha çox anti-İran sui-qəsdləri ilə fərmanlar imzalayır”, - respublika rəhbəri bildirib.

Onun sözlərinə görə, Vaşinqton yalnız “Tehranı diz çökdürmək” arzusunda ola bilər.

Gülayə Mecid