Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
"Unikal" xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.
Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olacaq. Burada "Mançester Siti" "Real"ı qəbul edəcək.
PSJ "Brest"lə qarşılaşacaq. "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
11 fevral
21:45. “Brest” (Fransa) – PSJ (Fransa)
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)