Cənubi Kaliforniyada mövsümün ən güclü yağışı müşahidə olunacaq və bu, Los-Ancelesdə daşqınlar riskini artıracaq.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.
Xidmət bölgə üzrə təxminən 8 santimetr yağıntının düşəcəyini vurğulayıb. Yanvar ayında baş verən meşə yanğınlarından sonra bölgədə daşqınlara nəzarət postları yerləşdirilib.
Məlumata görə, Fırtına yaxınlaşdıqca, əyalət əvvəlki leysanlara nisbətən daha həssas və daha çox risk altında olacaq. Yanğınlar torpağın səthini dəyişdiyindən, torpaq sürüşmə və sel sularına daha həssasdır. Laber, Eaton və Palisades bölgələri xüsusilə risk altındadır.