Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı "Nokia Corp"un rəhbəri Pekka Lundmark yaxın vaxtlarda şirkətin prezidenti və baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əvəzində şirkətə bu il aprelin 1-dən "Intel" nümayəndəsi Castin Hothard rəhbərlik edəcək.
Xatırladaq ki, Lundmark 2020-ci ildən "Nokia"ya rəhbərlik edir. Bununla belə, o, indi karyerasının növbəti mərhələsinə keçməyə qərar verib.
Ağarza Elçinoğlu