Şərurda 18 yaşlı oğlan bıçaqlanıb.
"Unikal" xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü C.Ə. Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü M.Ə. tərəfindən bıçaqlanıb.
O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.
Faktla bağlı araşdırma aparılır.