Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, bunu Komissiyanın üzvü Rəşad Məcid deyib.

O qeyd edib ki, iclasın gündəliyi açıqlanıb.

"İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırıldı. Həm Administrasiyanın müvafiq şöbələri həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi",- deyə R.Məcid bildirib.