Rusiya prezidenti Vladimir Putin Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə ilk dəfə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Suriyadakı mövcud vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıldı. Bu baxımdan Putin Suriya dövlətinin birliyini, suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün prinsipial mövqeyini vurğuladı. Bundan əlavə, Putin Rusiyanın Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən onun sakinlərinə humanitar yardım göstərməyə hazır olduğunu bildirdi. O, həmçinin Suriyanın yeni rəhbərliyinin qarşısında duran vəzifələrin həllində əş-Şaraya uğurlar arzulayıb.
Tərəflər bu cür təmasların gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər. Söhbət konstruktiv, işgüzar və məzmunlu keçdi", - deyə məlumatda vurğulanır.