Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafayev həyatını itirib.

Yaralanlar isə “Kamaz” sürücüsü 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və traktor sürücüsü, Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir.

Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***19:52

Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.