Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında yüngül atletika üzrə ölkə birinciliyi keçirilib.

"Unikal" xəbər verir ki, Bakı Atletika Mərkəzində iki gün davam edən yarışa muxtar respublikadan 6 idmançı qatılıb.

Naxçıvan təmsilçilərindən Namiq Babayev ötən ölkə birinciliyindəki (2010-2011) ikiqat qızıl medal sevincini təkrarlaya bilərdi. Maraqlıdır ki, atlet bu cür yarışlarda nadir rast gəlinən məqamla üzləşib. 1500 metr məsafəyə qaçış yarışında finişə rəqibi ilə başabaş çatan idmançı yekun nəticədə saniyənin 2/100 nisbətində fərqlə (4:33.71-4:33.69) birinciliyi əldən verib. Buna rəğmən, o, 3000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq (9:58.90) qızıl medala sahib çıxıb.

Bu nəticələrlə Namiq Babayev son on gündə iştirak etdiyi ölkə birinciliklərində 3 qızıl və 1 gümüş medal qazanıb.