Ankarada 54 nəfər saxta spirtli içkidən dünyasını dəyişib, 40 nəfər reanimasiyadadır.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı 28 şübhəli həbs edilib, daha 25 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Xatırladaq ki, yanvarda İstanbulda saxta spirtli içkilərin qurbanlarının sayı 37-yə çatmışdı. Ölənlər arasında Türkiyə, Özbəkistan və Türkmənistan vətəndaşları da var. Qeyd olunur ki, onlar spirtli içkiləri 30 lirəyə (bir dollardan az) alıblar. Türkiyədə ən ucuz qanuni spirtli içkilər isə xeyli bahadır: pivə ən azı 70 lirə, spirtli içkilər isə bir neçə yüz lirədir.