Goranboyda minik maşını ağaca çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə Goran-Goranboy yolunda baş verib. İdarəetmədən çıxan minik avtomobili yol kənarındakı ağaca çırpılıb .Qəza zamanı maşına zərər dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov