Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

"Unikal" xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.

“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.

Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.