Fransanın "Strasburq" klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi Andrey Santos "Çelsi"də özünü sübut etmək şansı qazanacaq.
"Unikal" fanat-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Fransada uğurlu mövsüm keçirməklə London klubunun məşqçilər korpusunun ürəyinə yol tapa bilib. "Çelsi" bu yay perspektivli braziliyalıya gələcək təklifləri nəzərdən keçirməyəcək. Yarımmüdafiəçiyə icarədən qayıtdıqdan sonra "zadəganlar"ın əsas heyətinə düşmək imkanı veriləcək.
Andrey Santos cari mövsüm Liqa 1-də "Strasburq"un heyətində 23 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Santosun "Çelsi" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. London klubu Andreyi 2023-cü ilin əvvəlində 12,5 milyon avroya transfer edib. İngiltərə nəhəngi bu illər ərzində onu əsasən başqa klublara icarəyə göndərib.