“Səbail” komandası yeni baş məşqçisinin adını açıqlayıb.

Klubun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, bu vəzifənin icrası Elvin Məmmədova həvalə olunub.

Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. E.Məmmədov bu vəzifədə ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.

Qeyd edək ki, “Səbail” hazırda Misli Premyer Liqasında 27 turdan sonra 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.