"Telegram"ın təsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransadan Dubaya qayıtdığını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Durov özünün "Telegram" kanalında yazıb.
"Məhkəmə davam edir, lakin evdə olmaq əladır. Buna icazə verən hakimlərə, eləcə də vəkillərimə təşəkkür etmək istəyirəm", - Durov açıqlayıb.
Qeyd edək ki, Durov bir müddət əvvəl Fransada yaşayırdı və ona qarşı başladılan istintaqla bağlı məhkəmə nəzarəti altında idi.
O, 2024-cü ilin avqustunda Paris Le Burje hava limanında həbs edilib. "Telegram"ın təsisçisi həbs-qətimkan tədbiri olaraq bir neçə gün həbsdə saxlanılıb, sonra 5 milyon avro girov və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılıb.
Ağarza Elçinoğlu