Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması Cənubi Qafqaz üçün mühüm mərhələdir.

"Unikal" xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacib olacaq.

Sözçü bildirib ki, ATƏT-in Minsk Qrupu artıq ləğv edilməlidir.

Ö.Çelik, həmçinin qeyd edib ki, Minsk Qrupunun missiyası daha faktiki olaraq yoxdur: “Minsk Qrupunu

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.