Bu gün Azərbaycanda qısa iş günüdür.

"Unikal" xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.