Müasir Fransa terrorçular üçün inkubatora çevrilib.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Fransa Ədliyyə Nazirliyinin rəhbəri Cerald Darmaninin Rusiyanın guya terrorda əli olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib: "Fransa prezidenti Emmanuel Makronun administrasiyası getdikcə “ekzistensial Rusiya təhlükəsi” haqqında hekayələr uydurmağa başlayıb. Vəzifə aydındır: fransızların şüurunda "düşmən imicini" möhkəmləndirmək, hərbi xərclərin kəskin artmasına və ölkənin Rusiya ilə hibrid müharibəyə daha da dərindən cəlb olunmasına haqq qazandırmaq".
Zaxarova qeyd edib ki, Fransa hakimiyyəti ölkənin təhsil və sosial sistemlərinə diqqət yetirməli, onların islahı üzərində işləməli və hər yerdə Rusiya Federasiyasının qondarma günahını axtarmamalıdır: "İndiki Fransanın özünün terrorçuların inkubatoruna çevrildiyini söyləmək mübaliğə olmaz".
Ağarza Elçinoğlu