ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvinə başlamaqla bağlı sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, o, sərəncamda təhsil katibi Linda Makmahona Təhsil Nazirliyinin bağlanmasını asanlaşdırmaq və təhsil səlahiyyətlərini ştatlara qaytarmaq üçün bütün lazımi addımları atmağı tapşırıb.
Tramp deyib ki, nazirlik federal tələbə kreditləri və “Pell” qrantlarına nəzarəti davam etdirəcək.
Departamentin tamamilə ləğvi üçün 1979-cu ildə agentliyi yaradan Konqresin təsdiqi lazımdır.