Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun hücumçusu Kriştiano Ronaldo Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xəbər verir ki,buna səbəb futbolçunun beynəlxalq karyerasında rekord sayda qələbə qazanması olub. Ümumilikdə o, 132 oyun keçirib, onun iştirakı ilə komanda qalib gəlib. Ronaldo bu göstəricidə ispaniyalı Monterrey müdafiəçisi Serxio Ramosu geridə qoyub. 

Portuqaliyalı "Əl-Nassr"a 2022-ci il dekabrın 30-da keçib. Onun klubdakı maaşı ildə 200 milyon avro olmaqla, onu dünyanın ən çox maaş alan idmançısı edir.

Ronaldo 5 dəfə “Qızıl top”un qalibidir. O, beş Çempionlar Liqasının qalibi olub, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları qazanıb. Portuqaliya millisi ilə birlikdə futbolçu 2016-cı ilin Avropa Çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.