Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Mark Rubio Vaşinqtonda danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar zamanı dövlət başçıları səviyyəsində gələcək səfərlərin təşkili ilə bağlı tədbirlər müzakirə olunub: "Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub. Sonda vurğulanıb ki, Bosniya və Herseqovinanın sabitliyi Balkan regionu üçün böyük əhəmiyyət kəsb edir".
Fidanla Rubio arasında keçirilən danışıqlarda Suriya məsələsi və Ukraynada atəşkəsə nail olmaq səyləri də müzakirə olunub.
Ağarza Elçinoğlu