Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev martın 26-da ABŞ-yə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Gözlənildiyi kimi, səfir martın 26-da Vaşinqtona yola düşür", - deyə mənbə açıqlayıb.
Qeyd edək ki, martın əvvəlində Rusiya prezidenti Vladimir Putin son vaxtlara qədər Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik etmiş Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
Ağarza Elçinoğlu