"Qarabağ hərəkatını davam etdirməyəcəyik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputat Geqam Manukyana cavabında deyib.

O, deputatın bu barədə sualından əsəbiləşərək bildirib: "Mən başqalarına deyil, özümə səslənirəm və bu məsələlərin qeydə alınması kontekstində öyrəndiklərimin nəticələrini sizə təqdim edirəm. Həmin mesajlar saytımda yerləşdirilib. 

Bəli, Qarabağ hərəkatını davam etdirməyəcəyik. Mən Ermənistan Respublikasının baş naziri olduğum üçün bu, Ermənistanın rəsmi mövqeyidir. İstəyirsən, tullan, düş. Ermənistan xalqı mənim mövqeyimlə razılaşmasa, onda baş nazir siz olarsınız". 

Ağarza Elçinoğlu