"Ermənistanın bizimlə razılaşmağa qərar verməsinin səbəblərindən biri də odur ki, onlar bu fürsətin əbədi olmayacağını düşünür. Bunu əldən vermək düzgün olmazdı".

"Unikal" xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib. 

Elçin Əmirbəyov Argentinaya rəsmi səfəri zamanı ölkənin münaqişə ilə bağlı perspektivini və 30 ildən çox münaqişədən sonra regionda sülhün bərqərar olmasının planlaşdırılması imkanlarını açıqlayıb.

Azərbaycan diplomatı imzalanacağı təqdirdə hər iki ölkəyə diplomatik münasibətləri bərpa etməyə və sərhədlərini qarşılıqlı fayda üçün açmağa imkan verəcək sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına toxunub. Bu, İrəvanın bölgənin muxtariyyəti müqabilində konstitusiyaya dəyişiklik etmək, gələcək ərazi iddialarından əl çəkmək və sərhəd məntəqələrində xarici qüvvələrin mövcudluğunu aradan qaldırmaq istəklərindən asılıdır: "Bu saziş son deyil, başlanğıcdır. Sülh sadəcə sözlərlə deyil, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik.

Sülh sazişi üzrə danışıqlar iki ildir ki, davam edir. Son həftələr biz Ermənistan tərəfinə siyasi iradə olduğu müddətdə həll oluna bilən məsələlərlə bağlı mesajlar göndərmişik. Əgər irəliləyiş yoxdursa, bu, qarşı tərəfin Azərbaycanla sülh əldə etmək istəməməsi deməkdir". 

Ağarza Elçinoğlu