"Muhteşem Yüzyıl"da "Hürrəm Sultan" obrazı ilə yaddaşlara həkk olan aktrisa Meryem Üzerli Çırağan sarayında verdiyi pozlarla diqqət çəkib.
"Unikal" xəbər verir ki, rəfiqəsinin “Yüksək moda kolleksiyası” üçün Üzerli müxtəlif libaslar geyinərək cəsur pozalar verib.
Məşhur aktrisa jurnalistlərə müsahibəsində seçdiyi layihələrlə bağlı bunları deyib: "Bir aktrisa olaraq oxuyarkən məni ən canlı hiss etdirən obrazları, ssenariləri və layihələri seçirəm. Həm də mənə həmişə maraqlı nəsə təklif olunmur, amma tarixi və ya müasir olmasının fərqi yoxdur, məni dərhal emosional olaraq özünə çəkən roldur".
Qeyd edək ki, hazırda aktrisa "Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar" serialında rol alır.