"Lukoil"in Qobu qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsindən şikayət edilib.
"Unikal"ın məlumatına görə, sürücü operatorun ondan 10 manat ödəniş almasına baxmayaraq, avtomobilə yanacaq doldurmadığını iddia edib.
Şikayətçinin sözlərinə görə, vəziyyətin fərqinə vardıqda və bu barədə operatora məlumat verdiyi zaman YDM işçisi müxtəlif bəhanələr gətirərək cəmi 5 manat dəyərində yanacaq doldurub.