Gürcüstanda həbsdə olan "Azel TV" saytının təsisçisi Əfqan Sadıqov azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
O bildirib ki, Gürcüstan hökuməti Avropa Məhkəməsinin qərarını icra edib və Əfqan Sadıqovu azadlığa buraxıb.
Xatırladaq ki, Əfqan Sadıqov 2024-cü ilin avqustunda həbs edilib. Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.