Aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb. 

"Unikal"ın məlumatına görə, 57 yaşlı birinci Qarabağ müharibəsi qazisi Telman Omarov uşağı oğurlayaraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideyninin üzərinə həyətdə saxladığı iti buraxıb. 

Sərxoş vəziyyətdə olan T.Omarov polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq ailəsinə təhvil verilib. 

Araşdırma aparılır.

Tural Əhmədov