Qazaxıstanda keçirilən marafonun iki iştirakçısı dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə Almatı marafonunun saytında açıqlanıb. 

Məlumata görə, aprelin 20-də Almatı yarımmarafonunda iki iştirakçı ölüb: 84 yaşlı Akkoyan Rzəliyev və 21 yaşlı Nurbol Əhmədi. Onların hər ikisi əvvəllər yarımmarafon məsafəsini (21,1 kilometr) qət ediblər və Almatıda keçirilən qaçış yarışının daimi iştirakçıları olublar.

Marafon aprelin 20-də səhər saatlarında Birinci Prezident Parkından Mərkəzi Stadiona qədər davam edib. 

Ağarza Elçinoğlu