ABŞ prezidenti Donald Tramp bildirib ki, bir çox dünya liderləri və iş adamları Vaşinqtondan gömrük rüsumlarını azaltmağı xahiş edirlər.

"Unikal" xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkə hesabında yazıb. 

"Bizim Qurtuluş Günü elan etdiyimiz vaxtdan bəri bir çox dünya liderləri və biznes liderləri mənə müraciət edərək tariflərin azaldılmasını xahiş etdilər", - Tramp yazıb və keçmiş səhvləri “düzəltməli olduqlarını” qeyd edib.  

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Rusiya bu siyahıda yoxdur. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib.   

Eyni zamanda, ABŞ prezidenti Çin məhsullarına rüsumları 125%-ə qaldırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə əvvəllər tətbiq edilmiş 20% tarifi ilə Çindən gələn malların ümumi tarifi indi 145%-ə çatır.

Gülayə Mecid