Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Təğir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı instaqram hesabında Azərbaycana yalnız qələbə üçün gələcəklərini bildirib.

“Qonaqpərvər Azərbaycana Təğir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə”, - paylaşımda qeyd edilib.

T.Ulanbekov ən yüngül çəki üzrə reytinqdə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.