Xəbər verdiyimiz kimi, İstanbulda Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra Fatih rayonunda üçmərtəbəli tərk edilmiş bina çöküb.
Hadisə yerinə çox sayda yanğınsöndürən, tibbi və axtarış-xilasetmə qrupları cəlb olunub.
İlkin məlumata görə, bina boş olub və insan tələfatı olmayıb. Bölgədə qrupların axtarış-tarama və təhlükəsizlik tədbirləri davam edir.
Ağarza Elçinoğlu