Reper Lil Uzi Vert Nyu-Yorkda xəstəxanalıq olub.
"Unikal" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı sənətçi üçün Manhettendə yaşayış kompleksinə təcili yardım çağırılıb. O, xərəkdə maşına aparılıb və xəsətəxanaya çatıdırlıb.
Həkimlər Uzinin səhhətindəki problem ilə bağlı açıqlama verməsələr də, onun zəhərləndiyi deyilir.
Prodüseri onun hazırda yaxşı olduğunu bildirib.