Kinqsli Koman mövsümün sonunda "Bavariya"nı tərk edə bilər.

"Unikal" xəbər verir ki, franslı futbolçu Səudiyyə Ərəbistanından təklif alıb.

Münhen klubu Komanı 50 milyon avroya satmağa hazırdır. 28 yaşlı cinah hücumçusunun adının açıqlanmadığı klubda illik 25 milyon maaş alması gözlənilir. Kinqsli Asiya qitəsinə yollanmasa onun "Arsenal"a keçməsi gözlənilir.

Qeyd edək ki, Koman cari mövsümdə bütün turnirlərdə 37 matçda 7 qol və 4 ötürmə ilə yadda qalıb.