Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.
"Unikal" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Milan” komandaları üz-üzə gəliblər. Görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb.
İkinci finalçının adına bu gün oynanılacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək.